AZ

Hanoyda Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək

Bakı. Trend:

İyulun 16-da Vyetnamın Hanoy şəhərində Azərbaycan-Vyetnam BirgəBiznes Şurasının birinci iclası və Azərbaycan-Vyetnam BiznesForumu, iyulun 17-də isə İqtisadi, ticarət, elmi və texnikiəməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasınınüçüncü iclası keçiriləcək.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbərverir.

Məlumata görə, tədbirlər zamanı iki ölkə arasındaticarət-iqtisadi, energetika, mədəniyyət, kənd təsərrüfatı, turizm,nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələrinaparılması, iqtisadi və ticari münasibətlərin mövcud vəziyyətininvə investisiya imkanlarının müzakirə edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Hökumətlərarası Komissiyasının həmsədrləriAzərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənayevə ticarət naziri Nguyen Hong Diendir.

Məqalədə:
phrase_var_article.chosen
27
15
az.trend.az

10phrase_var_article.sources