AZ

Başa düşmürəm: Kliçko Trampın bu qərarına qəzəbləndi

Kiyev meri Vitali Kliçko ABŞ prezidenti Donald Trampı tənqid edib. Tənqidin mövzusu Rusiyaya tariflər tətbiq etməzdən əvvəl verilən 50 günlük güzəşt müddəti olub.

Publika.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

“Mən başa düşə bilmirəm ki, Putinə niyə 50 gün vaxt verilib”, - deyə o, əsəbi şəkildə sual verib.

Bundan əlavə, Ukrayna paytaxtının meri Rusiya Silahlı Qüvvələrinin hücumlarından da şikayətlənib.

“Son zamanlar atəş daha intensiv xarakter alıb” deyən Kliçko detalları bölüşüb.

Seçilən
35
publika.az

1Mənbələr