“Yeni mövsüm üçün hazırlığımız yaxşı səviyyədə keçir. Bakıdan sonra indi də Avstriyada hamı canla-başla çalışır, verilən tapşırıqları yerinə yetirir”.
Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.
24 yaşlı yarımmüdafiəçi Avstriyada təşkil olunan təlim-məşq toplanışını dəyərləndirib. O, klubunun saytına hazırlıq dönəminin faydalı keçdiyini bildirib: “Komanda şəklində çatışmayan cəhətlərin üzərində işləyirik. Daha yaxşı forma yığmağa çalışırıq. Düşünürəm ki, bizim üçün çox faydalı təlim-məşq toplanışı keçir. Bakıda bir, Avstriyada üç yoxlama oyunu keçirmişik. Bu gün isə son yoxlama matçında “Zalsburq”la qarşılaşacağıq. Fikrimcə, pis təsir bağışlamamışıq. Həm taktiki, həm də fiziki durumumuzu optimal səviyyəyə çatdırmağa çalışırıq. Rəsmi oyunlara qədər tam hazır olmaq istəyirik”.
Toral bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxış etməyə çalışacaqlarını vurğulayıb: “Çempionlar Liqasında ilk matçımıza təxminən bir həftə vaxtımız qalıb. Turnirə tam hazır olmaq üçün bütün gücümüzlə hazırlaşırıq. Rəqibin kimliyindən asılı olmayaraq, meydana hər zaman qələbə üçün çıxırıq. Bunu reallaşdırmaq istəyiriksə optimal formada olmalıyıq. Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, bu mövsüm hər şey yaxşı olacaq”.
“Qarabağ” “Zalsburq”a qarşı - YENİLƏNİR
Elmar Baxşıyev: “Komandamın göstərdiyi oyundan narazı qalmadım”
“Zirə”dən “Kəpəz”ə - RƏSMİ
“Araz-Naxçıvan” Super Liqa klubuna uduzub
"Real" ispaniyalı üçün 50 milyon ödəyəcək