AZ

Los-Anceles Olimpiadasının tam cədvəli açıqlandı

2028-ci ildə Los-Ancelesdə (ABŞ) keçiriləcək Yay Olimpiya Oyunlarının tam cədvəli açıqlanıb.

News24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə olimpiadanın rəsmi saytı məlumat yayıb.

Məlumata görə, idman tədbirləri iyulun 12-də futbol matçları da daxil olmaqla, birinci təsnifat mərhələləri ilə başlayacaq.

Açılış mərasimi iyulun 14-də, ertəsi gün, iyulun 15-də triatlon, qılıncoynatma, cüdo, atletika, reqbi, atıcılıq və kanoe slalom kimi idman növləri üzrə ilk medal dəstləri təqdim olunacaq.

Boks yarışı 15-23 iyul tarixlərində, finallar isə 27-30 iyulda keçiriləcək.

Cüdoda mübarizə iyulun 15-dən 22-dək “LA Convention Center Hall”da baş tutacaq.

Olimpiadanın final günü, iyulun 30-da yüngül atletika, boks, basketbol, trek velosipedi, üzgüçülük, güləş və voleybol üzrə həlledici yarışlar keçiriləcək. Həmin gün olimpiadanın bağlanış mərasimi də baş tutacaq.


Seçilən
10
3
news24.az

4Mənbələr