AZ

Adil Şükürov "Kəpəz"dən ayrılır? - AÇIQLAMA

"Kəpəz"in İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimovun klubdan ayrılmasının ardından, baş məşqçi Adil Şükürovun da eyni addımı atacağı bildirilir. Bu da anlaşılandır, çünki təcrübəli çalışdırıcı əsasən İbrahimovun kluba cəlb etdiyi transferlərlə komandanı formalaşdırır.

Şükürov Fanat.Az-a verdiyi açıqlamada postundan ayrılacağı barədə yayılan məlumatlardan xəbərdar olduğunu deyib: 

"Haqqımdakı xəbərdən məlumatım var, mən də mətbuatdan xəbər tutmuşam. Amma işimin başındayam. Məni komandaya gətirən adamlar çalışmağa davam etməyimi istəyir və dəstəyini davam edir. Haqqımda xeyirlisi nədirsə, o da olsun. Dediyim kimi, işimə davam edirəm, komandanı komplektləşdirməyə çalışıram". 

Qeyd edək ki, "Kəpəz" ötən ayın əvvəlində 48 yaşlı mütəxəssislə 2 illlik müqavilə imzalayıb. Şükürov 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə də "sarı-göylər"in baş məşqçisi olub.  

Mirağa

Seçilən
20
fanat.az

1Mənbələr