AZ

Bakıda Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə tədbir keçirilib

Bu gün Bakıda Türkiyənin Azərbaycandakı səfirliyində "15 İyul - Demokratiya və Milli Birlik Günü"nün 9-cu illiyi münasibətilə anım tədbiri keçirilib.  Tədbir bütün şəhidlərin xatirəsinə sayğı duruşu ilə başladıqdan sonra Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı oxunub.

Anım tədbirində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 15 iyul hadisələrini xatırlayaraq bu tarixin Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi olduğunu bildirib. Onun sözlərinə görə, xain hücumun dəf edilməsində ən böyük pay dövləti və milləti üçün canından keçməyə hazır olan Türkiyə xalqının adı ilə bağlıdır. Həmçinin səfir qeyd edib ki, 9 il ərzində Türkiyə FETÖ ilə mübarizə aparıb və əlbəttə bu terror təşkilatı tamamilə məhv edilənədək də mübarizəyə davam ediləcək. 
Həmçinin səfir Azərbaycanın da həmin günlərdə dəstəyindən danışaraq həmçinin, çevrilişə cəhd vaxtı Azərbaycan Prezidenti İlham Əliyevin dəstək zəngini xatırladıb. 

15 iyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirində xarici işlər nazirinin müavini Samir Şərifov öz çıxışında  bildirib ki, Azərbaycan və Türkiyə daim bir-birlərinin yanındadır, bu hər zaman belə olacaq.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov isə Azərbaycan-Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrinin çox böyük uğurla inkişafından fəxarət hissi ilə danışıb. 

Sonda 15 iyul 2016-cı il mübarizəsini əks etdirən videomaterial təqdim olunub. 
Ardınca gənc ifaçıların təqdimatında “15 temmuz dastanı” və “Çırpınırdı Qara dəniz” əsərləri şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq ifa edilib.

Xatırladaq ki, səfirliyin Nuri paşa zalında təşkil olunan tədbirdə Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi, Azərbaycanın millət vəkilləri, hökumət nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Seçilən
69
yeniazerbaycan.com

1Mənbələr