BAKI, TurkicWorld
Türkiyə 2025-cü ilin iyun ayında Azərbaycana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz azalaraq, 738 min 53 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz azalaraq, 6 milyon 427 min 51 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 717 milyon 307 min dollara bərabər olub.
“Bu ilin iyun ayında Türkiyə 90 milyon 711 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 8,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 1 milyard 494 min 771 dollar məbləğində dəri ixrac edib.