AZ

Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir - Prezidentin xüsusi nümayəndəsi

BAKI,TurkicWorld

Ağdamda Sosial İnkişaf və Reinteqrasiya uyğun olaraq 8 yaşayış məhəlləsi, 1 qəsəbə və 23 kənd lahiyələndirilir.

TurkicWorld-in Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Ağdamda təşkil edilmiş regional konfransdaAğdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə və 23 kənd layihələndirilir. Həmçinin 390 yerlik 2 mərkəzi xəstəxanası, 5 məktəb binası, 6 uşaq baxçası, 4 muzey, 3 patk, 3 Məscidində və 2 Tarixi kompleks inşa ediləcək.

Qeyd edək ki, bu gün işğaldan azad olunmuş Ağdam şəhərində yerləşən "Aghdam City Hotel"də Baş Prokurorluğun təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Təməli" mövzusunda regional konfrans keçirilir.

Seçilən
27
3
turkic.world

5Mənbələr