AZ

Yerli və xarici jurnalistlər Ankarada 15 İyul Demokratiya Muzeyini ziyarət ediblər

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yerli və xarici jurnalistlər üçün təşkil etdiyi beynəlxalq media proqramı çərçivəsində Ankarada yerləşən 15 İyul Demokratiya Muzeyi ziyarət olunub.

“Report” xəbər verir ki, Türkiyənin 81 vilayətindən 81 yerli media nümayəndəsi və 41 ölkədən 120 beynəlxalq jurnalist olmaqla, ümumilikdə, 200 media mənsubu muzeylə tanış olub.

Ziyarət zamanı iştirakçılara 2016-cı il iyulun 15-də baş vermiş uğursuz hərbi çevriliş cəhdi, eləcə də onun qarşısının alınmasında xalqın göstərdiyi fədakarlıq və birlik barədə ətraflı məlumat verilib.

Muzey müdiri Ali Haydar Atalar qeyd edib ki, xaincə həyata keçirilən çevriliş cəhdi 1960-cı illərdən bəri Türkiyəyə qarşı məkrli planlar quran FETÖ-nün əsl üzünü ortaya çıxarıb:

“Xalqın milli müstəqilliyə və demokratiyaya sahib çıxması FETÖ-nün qanunsuz hərəkətlərinə əsl cavab idi. Daha əvvəlki çevriliş cəhdlərində idarəetmə əl dəyişdirərkən, siyasətçilər edam və ya məhkum edilərkən, bu çevriliş cəhdində güclü lider və bu lider ətrafında birləşən əziz millət çevrilişçilərin planlarını puça çıxardı”.

Qeyd edək ki, muzeydə şəhidlərin xatirəsinə həsr olunmuş guşələr, o gecəyə dair arxiv materialları, real görüntülər və şəhidlərə məxsus şəxsi əşyalar nümayiş olunur. Bir sözlə, qəhrəmanlıq, azadlıq və milli iradənin simvolu olan Demokratiya Muzeyindəki görüntülər 15 iyulun Türkiyə tarixində tutduğu önəmi nə Türk xalqına, nə də başqalarına unutdurur.

“Report” muzeydən fotoreportajı təqdim edir:

Seçilən
47
report.az

1Mənbələr