AZ

Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb?

“Azərbaycan ordusu Ermənistanın geniş ərazilərində radiokəşfiyyat aparmaq üçün böyük qüllə quraşdırıb”.

Publika.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan “Facebook” səhifəsində yazıb.

"2024-cü ildə Tavuş rayonunun Noyemberyan icmasının sərhəd zonasında Bağanis-Ayrım kəndinin ərazisi birtərəfli qaydada Azərbaycana verilib. Bu ərazilərdən yuxarıda, təpədə Azərbaycan hərbçiləri Ermənistanın radiokəşfiyyatının aydın şəkildə aparılması üçün iri qüllə quraşdırıblar. Fotoları çəkdiyim yerdən Ermənistan-Gürcüstan dövlətlərarası yolu keçir”, - Sarkisyan qeyd edib.

Seçilən
46
2
publika.az

3Mənbələr