AZ

Kriştiano Ronaldo yeni mövsümdə bir çox oyunu buraxacaq

style='margin-bottom:10px;'>

"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo növbəti mövsümündə bir çox matçda iştirak etməyəcək.

QOL.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanından olar jurnalist Falah əl-Qahtani məlumat yayıb. 

40 yaşlı futbolçu komandaya yeni təyin olunan baş məşqçi Jorje Jezuşla görüş keçirib. Tərəflər daha az önəm kəsb edən oyunlarda Ronaldonun iştirak etməməsi barədə razılığa gəliblər.

Həmçinin görüşdə oyunçunun yaşı ilə bağlı yükün azaldılmasının vacibliyi də qeyd olunub. Ötən mövsüm portuqaliyalı oyunçu artıq yorğunluq səbəbindən bir neçə görüşü buraxmalı olmuşdu.

Qeyd olunur ki, məşqçi heyəti və futbolçunun qərarına əsasən, Kriştiano Ronaldo yeni mövsümdə ən azı oyunların 25 faizində iştirak etməyəcək. Məqsəd onun zədə riskini azaltmaq və dünya çempionatına maksimal formada hazır olmasını təmin etməkdir.

Səudiyyə Pro Liqasında yeni mövsüm avqustun 21-də start götürəcək.

Seçilən
12
teleqraf.com

1Mənbələr