Ruben Vardanyanın ailəsi onun azadlığa çıxması üçün Nikol Paşinyana müraciət etsə də, Ermənistanın baş naziri bu müraciəti rədd edib.
Oxu.Az xəbər verir ki, məlumatı "Hraparak" nəşri dərc edib.
Belə ki, ailəsi Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirli bilinən Ruben Vardanyana görə Nikol Paşinyan vasitəsi ilə Donald Trampa məktub ünvanlamaq istəyib.
Eyni zamanda, bu prosesə ABŞ-dəki nüfuzlu ermənilər də qoşulublar. Onlar hətta D.Trampın ətrafı ilə danışıqlar da aparıblar.
Mənbə iddia edir ki, ABŞ prezidenti Ruben Vardanyanın həbsdən azad edilməsi üçün təşəbbüs göstərməyə hazır olduğunu, lakin bunun üçün İrəvandan rəsmi müraciətin edilməsinə ehtiyac olduğunu qeyd edib.
Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts vasitəsilə Vardanyanın ailə üzvləri Ermənistanın baş nazirinə müraciət təqdim etsə də, N.Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesinə zərər verə biləcəyini əsas gətirərək, Birləşmiş Ştatların rəhbərliyinə müraciət etməkdən imtina edib.