Suriyada hökumət qüvvələri druzların çoxluq təşkil etdiyi Suveyda bölgəsinə daxil olacaq.
Bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hökumət qüvvələrinin sözügedən əraziyə daxil olma səbəbi yerli qəbilələr arasındakı qarşıdurmaya son qoymaqdır.
Qeyd edək ki, son iki gün ərzində Suriyanın cənubunda druzlar və bədəvi qəbilələr arasındakı qarşıdurmada ölənlərin sayı 100-ə yaxınlaşıb.