Azərbaycan və Türkiyə daim bir-birlərinin yanındadır, bu, bundan sonra da belə olacaq.
Bakues.az xəbər verir ki, bunu Türkiyə Səfirliyində “15 iyul – Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirində xarici işlər nazirinin müavini Samir Şərifov deyib.
Nazir müavini bildirib ki, müasir Azərbaycan-Türkiyə münasibətləri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf edir: “Bu gün müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi və genişləndirilməsi üçün 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi zəmin yaradıb. Təkcə cari ilin 6-7 ayına nəzər alsaq, deyə bilərik ki, 2025-ci il iki ölkə arasında əlaqələr baxımından əlamətdar il olaraq yadda qalacaq. Cari ilin ilk yarısında artıq 5 qarşılıqlı səfər həyata keçirilib”