AZ

15 iyul Türkiyə tarixində çox mühüm bir dönüş nöqtəsidir - Birol Akgün

Bakı. Trend:

FETÖ tamamilə məhv edilənədək mübarizəyə davam edəcəyik.

Trend xəbər verir ki, bunu 15İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə keçiriləntədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.

Onun sözlərinə görə, 15 İyul - Demokratiya və Milli Birlik GünüTürkiyə tarixində çox mühüm bir dönüş nöqtəsidir.

Səfir qeyd edib ki, bu hücumun qarşısının alınmasında ən böyükpay dövlət və millət naminə canını fəda etməyə hazır olan Türkiyəxalqına məxsusdur:

"Zəfərin adı Türkiyədir. Can Azərbaycanın göstərdiyi güclüdəstəyi də xüsusi olaraq xatırlatmaq istəyirəm".

Birol Akgün əlavə edib ki, Türkiyə artıq 9 ildir FETÖ iləmübarizə aparır:

"Bu terror təşkilatı tamamilə məhv edilənədək mübarizəmiziqətiyyətlə davam etdirəcəyik".

Məqalədə:
Seçilən
62
1
az.trend.az

1Mənbələr