AZ

Bu kimi səhvlər diş sağlığını ZƏİFLƏDİR

Ağız və diş sağlamlığını qorumaq üçün gündəlik qaydalara riayət etmək vacibdir. 

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Diş Həkimi Murat İnce, çoxlarının etdiyi səhvlərin diş sağlamlığını necə pozduğunu açıqlayıb.

1. Diş ipi istifadə etməmək

Dişləri yalnız fırçalamaq kifayət deyil. Diş aralarındakı qida qalıqları və bakteriyalar yalnız diş ipi ilə təmizlənə bilər. Gündə ən az bir dəfə diş ipindən istifadə edilməlidir.

2. Sağlıqsız qidalanma

Şirin, turşulu və yapışqan qidalar diş minasını zəiflədir, çürüməyə səbəb olur. Fast food və vitamin-mineral baxımından zəif olan qidalar diş əti xəstəliklərini artırır. Yeməkdən sonra su ilə ağız çalxalanmalı və ya dişlər fırçalanmalıdır. Şirin qidalardan sonra pendir kimi qoruyucu qidalar yemək tövsiyə olunur.

3. Yetersiz və səhv fırçalama

Dişlər gündə iki dəfə, ən azı 2 dəqiqə fırçalanmalıdır. Fırça ağıza uyğun seçilməli, 3–4 ayda bir dəyişdirilməlidir. Həddindən artıq basaraq və ya sürətli fırçalama diş minasında aşınma yarada bilər. Fırçalama zamanı bütün dişlər bərabər şəkildə təmizlənməlidir.

4. Dişləri çox sərt fırçalamaq

Güclü fırçalama dişin xarici qoruyucu təbəqəsi olan minanı zədələyir. Bu zaman altındakı sarı dentin təbəqəsi üzə çıxır və dişlər daha sarı görünür. Həddən artıq fırçalama diş ətinə də zərər verir.

5. Şüşə qapağını dişlə açmaq

Sərt cisimləri dişlə qırmaq, şüşə və qab açmaq dişlərin qırılmasına, çatlamasına səbəb olur. Bu cür zədələr diş sinirlərinin açılmasına, ağrı və həssaslıq yaradır. Bu vərdişlər həmçinin diş ətinə zərər verərək infeksiya riskini artırır.

Diş sağlamlığını qorumaq üçün düzgün fırçalama, diş ipi istifadəsi, balanslı qidalanma və zərərli vərdişlərdən uzaq durmaq əsas şərtlərdir. Həmçinin, mütəmadi olaraq diş həkiminə müraciət etmək unutulmamalıdır.

Xeyrənsə Piriyeva

Seçilən
151
10
news24.az

10Mənbələr