AZ

Abşerondakı partlayışda yaralanan kişi öldü

Bir həftə əvvəl Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayışda yaralanan şəxs dünyasını dəyişib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, Abşeron Gənclər Şəhərciyində Günel Əliyevanın yaşadığı evdə qaz sızmasından baş vermiş partlayış zamanı bina 37 mənzil 27-də ağır yanıq xəsarətləri alan 1976-cı il təvəllüdlü Novruz Mirzəbala oğlu Ağayev Respublika Yanıq Mərkəzində vəfat edib.

O, iyulun 14-ü saat 20 radələrində xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

​​​​​​"Cebheinfo.az"

Seçilən
83
4
cebheinfo.az

5Mənbələr