AZ

QHT sədri dənizdə şok keçirdi - FOTO

"İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası”nın sədri, XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova Şıx çimərliyində ilan gördüyünü bildirib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, QHT sədri bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Dünən havanın istisinə sevincək olub Şıxov çimərliyinə üz tutduq. Çimərliyin bağlanmasına 2 saat qalmış, 6 nəfərə 180 manat verib tələm-tələsik dənizə qaçdıq. Millət hovuzda çimirdi, dənizdə isə bizdən başqa tək bir oğlan vardı. Biz 6 qadın... şok keçirdik... Dənizdə İradə xanımın qoluna ilan sarıldı. Təsəvvür edin, nə hala düşdük… Köməyə gələn oğlan ilanın başından tutub dənizdən çıxardı. Oğlan olmasaydı, qorxudan 6 meyit olmuşduq. Hələ də özümüzə gələ bilmirik. Qışqırmaqdan da səsimiz batıb.

Bu oğlan bizim qəhrəmanımız oldu. Adını bilmədiyimiz bu oğlana təşəkkür edirik! Allah onu qorusun!”

​​​​​​"Cebheinfo.az"

Seçilən
2
5
cebheinfo.az

6Mənbələr