AZ

Məqsəd İsayev “Kəpəz”də

Bu yay “Zirə”dən azad agent kimi ayrılmış sol cinah müdafiəçisi Məqsəd İsayev bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli müdafiəçi ilə bir illik müqavilə imzalandığı diqqətə çatdırılıb. O, 2026-cı ilin 30 iyununadək “Kəpəz”də çıxış edəcək.

Məqsəd İsayev 2023-cü ildən “Zirə”də çıxış edirdi. 31 yaşlı futbolçu qəsəbə təmsilçisinin heyətində 64 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.

İsayev karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Sabah”, “Səbail”, “Keşlə” (indiki “Şamaxı”) kimi klublarda da çıxış edib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış futbolçuya əsas millimizdə debüt qismət olmayıb.

“Kəpəz” daha öncə Şakir Seyidov, Pedro Qomes və Adama Fofananı da heyətinə qatmışdı. Mahamadu Ba, Paçu Lira və Ehtiram Şahverdiyevlə də yeni müqavilə imzalanıb. Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov və Rauf Hüseynli isə Gəncə təmsilçisini tərk ediblər.

Seçilən
26
arena.az

1Mənbələr