AZ

Almaniya ABŞ-dan Rusiyanı hədəfə ala bilən qurğular istəyir

Almaniya

Almaniya ABŞ-dan təqribən 2000 kilometr mənzilli raketlər buraxa bilən “Typhon” mobil yerüstü buraxılış qurğuları almaq istəyir.

Reyting.az
xəbər verir ki, bu barədə jurnalistlərə Vaşinqtona səfəri zamanı ölkənin müdafiə naziri Boris Pistorius deyib.

O qeyd edib ki, Pentaqon rəhbəri Piet Heqset bu müraciətə müsbət cavab verib. İndi Vaşinqton onları Berlinə köçürməyə hazır olub-olmadığını öyrənir.

2000 kilometrə qədər mənzilli dəqiq raketlər Rusiya Federasiyasının ərazisini əhatə edə bilər, lakin Pistorius əmin edir ki, bu qurğulardan yalnız çəkindirmə məqsədi ilə istifadə olunacaq.

“Typhon” mobil raket sistemi (rəsmi olaraq Orta Menzilli Qabiliyyət və ya MRC adlanır) ABŞ ordusu tərəfindən ortamənzilli raketlərin buraxılması üçün hazırlanmış müasir yer platformasıdır.

O, 2000 kilometrə qədər mənzilli “Tomahavk” qanadlı raketlərindən, həmçinin təxminən 500 kilometr məsafədə həm hava, həm də yer hədəflərini vura bilən SM-6 raketlərindən istifadə etmək gücündədir.

“Typhon” sistemi artıq Filippində yerləşdirilib və NATO-nun müdafiə qrupunu gücləndirməsi çərçivəsində 2026-cı ildə Avropada yerləşdirilməsi planlaşdırılır.

ELÇİN
Seçilən
11
reyting.az

1Mənbələr