AZ

İran diplomatiya pəncərəsinin açıq olduğuna inanır – Pezeşkian

Bakı. Trend:

İran hələ də diplomatiya pəncərəsinin açıq olduğuna inanır.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian xaricdəyaşayan iranlılara müraciətində bildirib.

Onun sözlərinə görə, İran sülh istiqamətini ciddi şəkildə vəbütün siyasi potensialların səfərbər olunması ilə izləyir.

İran prezidenti bildirib ki, İran diplomatiya, konstruktivqarşılıqlı anlaşma tərəfdarı və müharibəyə qarşıdır. Müharibəninkölgəsini ölkədən uzaqlaşdırmaq üçün İran təbii hüququnu müdafiəetməklə bütün siyasi və diplomatiya sərmayəsindən istifadəedəcək.

“İran dəfələrlə elan edib ki, İranın doktrinası dinc məqsədlinüvə proqramıdır. Bu çərçivədə İran ABŞ tərəfi ilə 5 raunddanışıqlar aparıb. Lakin 6-cı raunda hazırlıq olduğu vaxtda İsrailABŞ-nin dəstəyi ilə İrana hücum edib və çoxlu sayda yüksək rütbəlihərbçi, nüvə alimləri və mülki vətəndaşlar ölüb”, - deyə o qeydedib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Əlavə edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərindəİran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayımüzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr OmanKrallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidininvasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri SeyidAbbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərqməsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilətəşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtıMəsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baştutub.

Məqalədə:
Seçilən
22
5
az.trend.az

2Mənbələr