AZ

Rusiyaya qarşı növbəti sanksiyanın müzakirəsinə başlayıblar

Rusiyaya

Avropa İttifaqının (Aİ) rəsmiləri qeyri-rəsmi səviyyədə Rusiyaya qarşı sanksiyaların 19-cu paketini müzakirə etməyə başlayıblar. Bu barədə çexiyalı deputat Tomaş Zdeçovski məlumat verib.

Reyting.az
“İzvestiya” nəşrinə istinadla bildirir ki, 19-cu paketin müzakirələri ilkin və qeyri-rəsmi mərhələdə olsa da, artıq davam edir.

Çexiyalı deputatın sözlərinə görə, əvvəlki 18 paket Rusiya iqtisadiyyatının əksər sektorlarına təsir edib. Bu səbəbdən, indi nəzarətin sərtləşdirilməsinə, ikinci dərəcəli məhdudiyyətlərin genişləndirilməsinə və ixrac-idxal nəzarətinə diqqət yetirilir.

Xatırladaq ki, iyulun 14-də Çexiyanın baş naziri Petr Fiala Slovakiyanın baş naziri Robert Fikodan Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qarşısını almamağı xahiş edib. “Bloomberg”-in məlumatına görə, Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketinin bloklanmasının dayandırılması müqabilində Slovakiyaya “bəzi zəmanətlər” verməyə hazırdır.

E. KAMAL
Seçilən
4
reyting.az

1Mənbələr