Xalq Bank gənclərin maliyyə savadlılığının artırılması və bank sektoru ilə yaxından tanış olmaları məqsədilə növbəti maarifləndiricitəşəbbüsünü həyata keçirdi. Belə ki, Bankın baş ofisində Landau məktəbinin 9-11-ci sinif şagirdləri üçün xüsusi ekskursiya proqramıtəşkil olundu.
Ekskursiya çərçivəsində şagirdlər bank sektorunun fəaliyyəti, müasirbank məhsulları və rəqəmsal bankçılıq həlləri, əməliyyattəhlükəsizliyi barədə maarifləndirici məlumat əldə etdilər və bumövzular ətrafında onları maraqlandıran suallara cavab aldılar.Həmçinin şagirdlər üçün interaktiv sessiyalar və praktiki tapşırıqlarvasitəsilə marketinq, reklam və müştəri yönümlü yanaşma kimisahələrdə nəzəri biliklərin tətbiqi nümayiş etdirildi. Eyni zamanda, şagirdlərə Bankın filialında müştəri əməliyyatlarının icrası prosesiəyani olaraq göstərildi.
Xalq Bankın mütəxəssisləri tərəfindən aparılan bu sessiyalargənclərin bank-maliyyə sahəsində ilkin təcrübə qazanmalarına imkanyaratdı. Tədbirin sonunda şagirdlərə iştiraklarına görə sertifikatlar vəhədiyyələr təqdim olundu.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkəsəhifələrindən əldə etmək olar.