AZ

MİQ imtahanları: Bakının keçid balı düşəcək? - AÇIQLAMA

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları ilə bağlı narazılıq var. 

Belə ki, bəzi müəllimlər Bakı üçün balın həddindən artıq yüksək olmasından gileylənirlər. Onlar, paytaxta düşməyin olduqca çətin olduğunu deyərək, Elm və Təhsil Nazirliyinə etiraz edirlər. Bir çox müəllim də Bakı üzrə balların aşağı salınmasını tələb edir.

Bəs bu ehtimal baş verə bilərmi? 

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlama verib. O bildirib ki, bu gün Elm və Təhsil Nazirliyi məhz bölgələrədə müəllim çatışmazlığını həll etmək istəyir:

377763

"Yəni hazırda Müəllimlərin İşə Qəbulunda əsas prioritet məsələ hansısa kənd məktəbinə "müəllim tapmaqdır". Şəhərdə, yəni paytaxt və ətrafında onsuz da müəllim sıxlığı var. Buna görə MİQ imtahanında da şəhərdə və kənddə məktəbə qəbul üçün diferensial bal sistemi tətbiq edilir". 

Ekspertin sözlərinə görə, məsələnin mahiyyətinə baxanda sosial ədalətsizliyin olduğunu görürük:

"Mahiyyət etibarilə, kənd yerlərinə daha az bal yığan, daha dəqiq desək, daha az savadlı müəllimlər göndərilmiş olur. Düşünürəm ki, bu da öz növbəsində kənd və şəhər təhsili arasında proporsionallığı pozur. Lakin gələcəkdə daha yaxşı və ədalətli modeldən istifadə etməklə hazırkı prizmadan çıxmaq lazımdır".

Mütəxəssis hesab edir ki, MİQ imtahanında Bakı şəhəri üzrə keçid balının aşağı salınması belə ciddi dəyişikliyə səbəb olmaz:

"Çünki vakansiya az, namizədlərin sayı isə həddindən artıq çox olur. Bu da kəskin rəqabət yaradaraq keçid balının yüksəlməsinə gətirib çıxarır. Məhz müəllimliyə namizədlərin sayının çox olmasına görə MİQ imtahanlarını da ildən-ilə çətinləşdirirlər".

Pərviz

Seçilən
36
41
hit.az

10Mənbələr