Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Peritan Bozdağ “Fənərbağça”ya keçib.
Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
26 yaşlı oyunçu “Fənər”lə 1 illik müqavilə bağlayıb.
Türkiyə əsilli yarımmüdafiəçinin son klubu "Fatih Vatan" klubu olub.