41 yaşlı şotland mütəxəssis Darren Fletçer “Mançester Yunayted”in gənclərdən ibarət U-18 komandasına baş məşqçi təyin edilib.
Arena.az bu barədə “Mançester Yunayted”in mətbuat xidmətinə istinadən məlumat verir.
Xatırladaq ki, Darren Fletçer “Mançester Yunayted”in məzunudur. 2019-cu ildə futbolçu karyerasına xitam vermiş keçmiş mərkəz yarımmüdafiəçisi, 2021-ci ildən “qırmızı şeytanlar”ın klub sistemində işə başlayıb.
Vurğulanır ki, klub rəhbərliyi Fletçerin gənc “qırmızı şeytanlar”ın inkişafına müsbət təsir göstərəcəyinə böyük ümidlər bəsləyir.
Yeri gəlmişkən, “Mançester Yunayted” gənc hücumçu Entso Kana-Biyiklə müqavilə imzalayıb. Müqavilənin detalları barədə ətraflı məlumat verilməyib.
19 yaşlı futbolçu Fransanın “Havr” klubunun gənclərdən ibarət komandasından transfer olunub. Müqavilə imzalandıqdan sonra gənc oyunçu İsveçrənin Super Liqa klubu “Lozanna-Sport”a icarəyə verilib. Kana-Biyik ötən mövsüm meydana çıxdığı 18 oyunda 9 qol vurub.
