AZ

"Azərbaycan-Ermənistan münaqişəsi tezliklə uğurla başa çatacaq" - Tramp



"Azərbaycanla Ermənistan arasında münaqişə tezliklə uğurla həll olunacaq".

aia.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.

"Və biz daha bir məsələni həll etdik: Ermənistan və Azərbaycan. Görünür, bu münaqişə başa çatmaq üzrədir. Uğurla başa çatmaq üzrədir", - deyə Ağ Ev lideri bildirib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti bəyan edib ki, Vaşinqton Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyir.

aia.az



Seçilən
47
1
aia.az

2Mənbələr