AZ

Xırdalanda arvadını pəncərədən ataraq öldürən şəxslə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeronda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Hüseyn Kazımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Kazımov 16 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 

Qeyd: Abşeron rayon prokurorluğunun yaydığı məlumata görə, ötən il iyulun 23-ü saat 07 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində hündürmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 2002-ci təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.

 

Xəstəxanaya yerləşdirilən Ayşən Kazımova orada ölüb. Hüseyn Kazımov saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 15 İyul 2025, 08:39   
Seçilən
28
4
pravda.az

5Mənbələr