AZ

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyaların qəbulunu ləğv edib

Trampın bəyanatından sonra Konqresdə sanksiya təşəbbüsünə ara verilir…

ABŞ Senatı senator Lindsi Qrehemin (Rusiya tərəfindən terrorçu və ekstremist siyahısına daxil edilib) Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinin irəlilədilməsini təxirə salacaq.

Poliqon xəbər verir ki, bu barədə Senatda Respublikaçılar Partiyasının lideri Con Tün jurnalistlərə açıqlama verib.

“Hazırda prezident bu məsələlərin bir qismini öz təşəbbüsü ilə həll etməyə hazırlaşır. Əgər hansısa anda prezident bu qanun layihəsinin qəbulunu məntiqli hesab etsə və bunun təsir imkanlarını gücləndirəcəyinə inansa, biz o zaman bu addımı atacağıq,” deyə Tün bildirib.

Qeyd edək ki, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp Ukrayna böhranı ilə bağlı gözlənilən açıqlamasını verərək Avropa müttəfiqlərinin maliyyə dəstəyi ilə Kiyevə silah tədarükünə başlayacağını və əgər 50 gün ərzində Ukraynada sülh əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik “çox sərt” tariflər tətbiq edəcəyini bəyan edib.

Senator Lindsi Qrehemin təqdim etdiyi qanun layihəsində Rusiyadan neft, neft məhsulları, qaz və uran idxal edən ölkələrə qarşı 500%-lik idxal tariflərinin tətbiqi nəzərdə tutulur. Tramp daha əvvəl bəyan etmişdi ki, bu qanun layihəsinin Konqresdə qəbul olunması yalnız onun qərarından asılı olacaq.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr