
Qazaxıstanın Abay rayonunda böyük mütəfəkkirin 180 illik yubileyi ilə bağlı 100-dən çox tədbirin keçirilməsi nəzərdə tutulub.
Reyting.az “Sputnik Kazaxstan”-a istinadla xəbər verir ki, yubiley tədbirləri avqustun 1-də Abay Akademiyasının ensiklopedik portalının açılışı ilə başlayacaq.
Bundan başqa, proqrama konsertlər, el sənəti festivalı, gənc akınlar üçün şeir müsabiqəsi, kitab təqdimatı və s. daxildir.
Abay Günü – 10 avqust Abay bölgəsində əsas yubiley tədbiri düzənlənəcək.

V. QULİYEV