AZ

Azərbaycan millisinin futbolçusu "Fənərbağça"ya transfer olundu

Bakı. Trend:

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvüPeritan Bozdağın yeni klubu müəyyənləşib.

Trend-inməlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Türkiyənin "Fənərbağça"klubuna transfer olunub. Bu barədə İstanbul təmsilçisinin rəsmisaytı məlumat yayıb.

Peritan Bozdağla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, o, bu keçiddən əvvəl "Fatih Vatan" klubununheyətində çıxış edirdi.

Seçilən
47
1
az.trend.az

2Mənbələr