AZ

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib - FOTO

GƏNCƏ, 15 iyul. TELEQRAF

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

“Opel” markalı iki avtomobil, həmçinin “VAZ 2106” və “Hyundai” markalı minik maşınları toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
6
teleqraf.com

10Mənbələr