Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli Suriyanın cənubunda baş verən zorakılıq hadisələrini şərh edib.
Publika.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
Keçeli bildirib ki, Türkiyə Suriyanın cənubunda baş verən zorakılıq hadisələrinin Suriya hökuməti tərəfindən yerli səviyyədə dialoq vasitəsilə ən qısa müddətdə sona çatdırılması və təhlükəsizliyin təmininə ümid edir.
O, bu prosesdə Suriyanın suverenliyinə və birliyinə dəstək verilməsinin zəruriliyinə diqqət çəkib.