AZ

​“WhatsApp”a yeni zəng funksiyası gəldi -

“WhatsApp” yeni funksiya üzərində işləyir. Metbuat.az xəbər verir ki, “səssiz səsli söhbət” funksiyası ilə qruplarda canlı söhbətlər etmək mümkün olacaq. Bu yeni funksiya ilə qrup üzvləri söhbət pəncərəsinin aşağısını yuxarı sürüşdürüb tutaraq səsli söhbətə başlaya bilərlər. Bu sistem heç kimi narahat etmədən söhbət etməyə imkan verir və yalnız onlayn olanlar söhbətə qoşula bilər. Bildirilir ki, yeni funksiya ilə əsasən böyük qruplarda qərarlar qəbul etmək və ya vacib mövzuları tez müzakirə etmək daha asan olacaq.

“WhatsApp” “səssiz səsli söhbət” funksiyası ilə qrup çatlarında daha səmərəli ünsiyyət qurmağı təmin etmək istəyir.

Seçilən
14
29
metbuat.az

10Mənbələr