Ajans.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, təlimlərin məqsədi iştirakçı ölkələrin müdafiə qüvvələrinin döyüş hazırlığını artırmaq, qarşılıqlı əlaqə və operativ imkanları gücləndirməkdir.

Təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukraynadan olan hərbçilər iştirak edəcəklər. Ermənistan və Yaponiyanın Silahlı Qüvvələrinin nümayəndələri təlimlərə müşahidəçi qismində qatılacaqlar.