Yazını böyüt
Yazını kiçilt
Suraxanı qəsəbəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın hadisəsi baş verib.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Suraxanı qəsəbəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 14 ədəd elektrik sayğacı və 4 paq.m elektrik kabeli yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.