Gürcüstanda bəzi cinayət əməllərini törətmiş xarici ölkə vətəndaşları həbs olunmaq əvəzinə, deportasiya ediləcəklər.
Publika.az xəbər verir ki, həmçinin onların Gürcüstana girişi cinayətin ağırlığından asılı olaraq, iki ildən iyirmi ilə qədər və ömürlük qadağan olunacaq.
Bununla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinə dəyişikliklər edilib.
Həmin dəyişikliklərlə məhkəmələrə konkret cinayətlərə görə cəza tədbiri kimi əcnəbilərin ölkəyə girişinə qadağa qoyulması ilə ölkədən qovulmadan istifadə etmək hüququ verilir.
Bu dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, Gürcüstan sərhədini qanunsuz keçməkdə, miqrantları qanunsuz daşımaqda və ya qeyri-qanuni miqrantların ölkədə qalmasına şərait yaratmaqda təqsirləndirilən əcnəbilər üçün həbs cəzasına alternativ olaraq Gürcüstandan çıxarılma və müəyyən müddətə ölkəyə girişinə qadağa tətbiq oluna bilər.