AZ

Azərbaycan klubunda hər kəsi şoka salan olay - FOTO FAKT

Premyer Liqaya vəsiqə qazanan "İmişli" yeni mövsümün hazırlıqlarına Bakıda start verib.

Və klubun sosial şəbəkə hesablarında normal olaraq hazırlıqdan fotolar yerləşdirilib.

Amma fotoda yer alan mənzərə anormallıqdan başqa bir şey deyil.

Futbolçular ötən mövsümün oyun formasında məşqə çıxıblar.

Bunun da üzərindən keçək...

Yeni transfer Ezekil Morqana bölgə klubunun sabiq üzvü Elnur Cəfərovun forması geyindirilib.

Deyək ki, yeni forma dəstləri hələ gəlməyib.

Sifariş gec verilib, gömrükdə problem yaranıb və.s.

Sadə qısa qollar, ən pis halda məşq üçün nəzərdə tutulan nakidkalar tapmağa nə söz?

Bunu da edəcək bacarığı, gücü olmayan klubun elitada nə işi var?

Əcnəbi məşqçilər gətirməsinə, legionerləri sıraya düzməsinə nə gərək var?

Suallar çox, cavablar yox, mənzərə isə biabırçı!

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
7
sportinfo.az

1Mənbələr