AZ

London yaxınlığındakı təyyarə qəzasında dörd xarici vətəndaş həlak olub

Bakı. Trend:

İyulun 13-də London yaxınlığındakı Southend hava limanında başverən təyyarə qəzası nəticəsində dörd nəfər həlak olub.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, Esseks polisinin hadisə ilə bağlıverdiyi açıqlamada ölənlərin hamısının xarici vətəndaşlar olduğubildirilib.

Hadisə bazar günü yerli vaxtla saat 16:00-dan az əvvəl başverib. 12 metrlik “Beech B200 Super King Air” tipli təyyarə havayaqalxdıqdan qısa müddət sonra partlayışla müşayiət olunan qəza başverib. Şahidlər təyyarənin havaya qalxdıqdan dərhal sonra alışıbyanan bir top kimi partladığını bildiriblər.

Qəza nəticəsində təyyarədə olan iki pilot və iki sərnişinhəyatını itirib. Həlak olan şəxslərin adları açıqlanmayıb.Hüquq-mühafizə orqanları onların şəxsiyyətlərini müəyyənləşdirməküçün araşdırmaları davam etdirir.

Mülki Aviasiya İdarəsi qəzanın baş verdiyi ərazidə geniş havaməhdudiyyət zonası tətbiq edib. Hadisədən sonra Southend havalimanı bağlanıb və iyulun 14-ü üçün bütün reyslər başqa havalimanlarına yönləndirilib.

Seçilən
66
7
az.trend.az

8Mənbələr