AZ

Anar: "Söz verdiyim kimi, vəzifəmdən gedirəm"

"Yazıçılar Birliyinin sədri vəzifəsindən getməyi hamıdan birinci özüm arzulayıram. Bilirəm, nə vaxtsa bu xəbərə sevinəcəklər. Qoy onlar sevinsinlər, sevincləri artıq olsun. Mənim də sevincim olacaq ki, söz verdiyim kimi 3 ildən sonra, qurultay olan kimi birliyin sədri vəzifəsindən gedəcəyəm".

Demokrat.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

O daha sonra bildirib ki, heç bir birlik və ittifaq ev vermir:

"Siz heç eşitmisinizmi ki, kimsə Rəssamlar İttifaqından, Bəstəkarlar İttifaqından ev alsın? O qurumlar ev vermir. Gərək biz də verməyək də. Biz indi humanistlik göstərib ev veririk, yenə də bizim başımızda çatlayır.

phrase_var_article.chosen
80
15
demokrat.az

10phrase_var_article.sources