AZ

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Tovuz döyüşlərinin beşinci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, tədbirlər çərçivəsində Şəhidlər xiyabanlarına gələn Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmiləri, şəhid ailələri, hərbi qulluqçular və müharibə iştirakçıları Tovuz döyüşlərində, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının məzarlarını ziyarət edərək xatirələrinə ehtiram nümayiş etdiriblər.

Çıxış edənlər Tovuz döyüşlərinin tarixi əhəmiyyətindən danışaraq bildiriblər ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti dəfə təxribata əl atıblar.

Mövqelərimizi ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozan qarşı tərəf artilleriya qurğularından da istifadə etməklə qəflətən hücuma keçməyə cəhd göstərmiş, lakin Azərbaycan Ordusunun adekvat tədbirləri nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilmişdir.

Keçirilən tədbirlər zamanı Tovuz döyüşlərinin gənclərdə döyüş ruhunun, qələbə əzminin yüksəlməsində böyük rolu olduğu qeyd edilib. Həmçinin şəhidlərimizin vətənpərvərliyi və döyüş meydanında göstərdikləri şəxsi igidliklər xüsusi vurğulanaraq, onların xatirələrinin daima əziz tutulacağı əminliklə bildirilib.

Seçilən
12
19
konkret.az

10Mənbələr