“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabinin yeni klubunun adına aydınlıq gəlib.


Rekord.az xəbər verir ki, o, Almaniya 3-cü liqasında mübarizə aparan “Valdhof Manhaym”ına keçib.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 


29 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.


Diakabı 2023-2024-ci illərdə “Qarabağ”ın formasını geyinib.