AZ

Pistorius: “Rusiya NATO-ya hücum etsə, alman ordusu hərəkətə keçəcək”

Rusiya NATO ölkəsinə hücum edəcəyi halda, alman ordusu rus əsgərlərini öldürməyə hazır olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Financial Times-a verdiyi müsahibəsində bildirib.

“Mən həmişə əmin olmuşam ki, sülh və gərginliyin azaldılması barədə bərabər şərtlərlə danışmaq istəyirsinizsə, bunu yalnız güc mövqeyindən etmək mümkündür”, – deyə o qeyd edib.

Pistoriusun sözlərinə görə, bu, kimisə qorxutmaq üçün deyil, başa salmaq üçündür: “Biz nəyə qadir olduğumuzu bilirik – sizinlə sülh şəraitində yaşamaq istəyirik, amma bizi zəif saymayın və elə düşünməyin ki, özümüzü müdafiə edə bilmərik.”

Bizim.Media

Seçilən
97
50
bizim.media

9Mənbələr