“Bu, Trampın şousudur. O, sükan arxasındadır və hamının onun qəfil kursunu dəyişdiyini düşünməsini istəyəndə əl əyləcini çəkir”, - telekanalın müxbiri Mark Stoun vurğulayıb.
![]() |
Berletik: “ABŞ öz planına sadiqdir”| VİDEO |
“Axios” portalının məlumatına görə, Tramp Ukraynaya silah tədarükü ilə bağlı yeni sazişi elan etməyi planlaşdırır. NATO-nun baş katibi Mark Rütte və Almaniyanın Müdafiə naziri Boris Pistoriusun Vaşinqtona səfəri fonunda bu bəyanat Kiyevə hərbi dəstəyə aid ola bilər.
Bundan başqa, ABŞ-də Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi də geniş vüsət alır.
Sahil İsgəndərov
AzVision.az