AZ

PSJ uduzdu, Enrikenin məşqçi karyerasına “xal” düşdü

Məlum olduğu kimi, “Çelsi” 2025-ci il FIFA Klub Dünya Kubokunun finalında Fransa nəhəngi PSJ-ni 3:0 hesabı ilə məğlub edib.

Arena.az məlumat verir ki, bu məğlubiyyət PSJ-nin 55 yaşlı ispan baş məşqçisi Luis Enrikenin klub məşqçisi qismində karyerasında uğursuzluqla əlamətdar olub.

Belə ki, Luis Enrike klubun sükanı arxasında məşqçi olaraq iştirak etdiyi final oyununda ilk dəfə məğlubiyyət acısı yaşayıb.
Buna qədər ispan mütəxəssis iştirak etdiyi 12 finalın hamısında qələbə qazanmışdı. Luis Enrike 2021-ci ildə də final oyunuda məğlub olub, ancaq bu, milli yığma komandalar səviyyəsində oyuna təsadüf edib. O vaxt Luis Enrikenin çalışdırdığı İspaniya yığması 2021-ci il UEFA Millətlər Liqasının finalında Fransa yığmasına məğlub olmuşdu – 1:2.

Seçilən
3
arena.az

1Mənbələr