AZ

Heydər Əliyev Zirvəsinə yürüş təşkil edilib

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin ildönümüdür.

Aznews.az xəbər verir ki, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən 56 il ötür.

Belə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Bununla da Azərbaycanda dövlət quruculuğunda Heydər Əliyev dövrü başlayır. Məhz bu dövrdə Azərbaycan iqtisadiyyatının inkişafı, kənd təsərrüfatında göstəricilərin yüksəlməsi, milli kadrların inkişaf etdirilməsi, ali məktəblərin əsasının qoyulması və milli dövlətçilik ənənələrinin əsasının qoyulması istiqamətində çox ciddi addımlar atılır. Bu dövr həm də Azərbaycanda "qızıl dövr", "intibah dövrü" kimi də qiymətləndirilir.

Seçilən
90
7
aznews.az

9Mənbələr