AZ

Səhv diaqnoza görə həyatı alt-üst olan rəqqasə kimdir?

Türkiyənin ən məşhur rəqqasələrindən olan Burçin Orhon 11 il əvvəl ona qoyulan Alzeymer diaqnozunun səhv olduğunu açıqlayıb.

Kulis.az xəbər verir ki, sənətçi sosial media hesabında bu səhvin həyatına təsirlərindən danışıb:

"Əslində, məndə Alzeymer yox idi, amma oxşar simptomları olan bir xəstəliyə tutulmuşdum. Həqiqət üzə çıxanda çox sevindim, amma bu məndə dərin iz buraxdı".

Sənətçi açıqlamasına "reklam kompaniyası" deyənlərə də cavab verib:

"Heç kim bu xəstəlikdən faydalana bilməz. Əsas da mənim kimi biri... Kim öz övladını Alzeymer xəstəsinin yanına balet öyrənməyə gətirər?"


Seçilən
3
1
kulis.az

2Mənbələr