AZ

“Çelsi” möhtəşəm tarixi rekorda imza atdı

Məlum olduğu kimi, “Çelsi” 2025-ci il FIFA Klub Dünya Kubokunun finalında PSJ-ni 3:0 hesabı ilə məğlub edərək, çempion olub.

Arena.az məlumat verir ki, klublararası dünya çempionatında qalibiyyətlə, bu komanda möhtəşəm tarixi rekorda imza atmış olub.

Belə ki, “zadəganlar” bütün mümkün klub qənimətlərini qazanmış ilk komanda olublar.

“Çelsi” tarixi ərzində ölkədaxili yarışları – İniltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu və İngiltərə Super Kubokunu, həmçinin qitəmiqyaslı Çempionlar Liqasını, Avropa Liqasını, Avropa Konfrans Liqasını və UEFA Super Kubokunu, eləcə də beynəlxalq miqyaslı FIFA Klub Dünya Kubokunu qazanıb.

“Zadəganlar”ın qənimətlər muzeyində həmçinin hazırda mövcud olmayan Kuboklar Kubokunda iki qalibiyyət var.

Seçilən
2
arena.az

1Mənbələr