"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
“Ağ-qaralar" İsmayıl Zülfüqarlı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, A komandada 2019/2020-ci illər mövsümündə debüt etmiş Zülfüqarlı “ağ-qara” formada 67 rəsmi oyun keçirib, 4 qol vurub.
O, komandamızın heyətində avrokubokarda qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb.