AZ

Qətərdən Azərbaycana pul köçürmələri 2 dəfəyə yaxın artıb

Bakı. Trend:

Cari ilin birinci rübündə Azərbaycana Qətərdən fiziki şəxslərinpul köçürmələrinin həcmi 4,462 milyon ABŞ dolları olub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2,134 milyon ABŞ dolları, yaxud da 1,9 dəfə çoxdur. Belə ki,2024-cü ilin yanvar-mart aylarında bu ölkədən Azərbaycan fizikişəxslərin pul köçürmələrinin həcmi 2,328 milyon ABŞ dollarıolmuşdu.

Hesabat dövründə Azərbaycana xaricdən ümumi pul köçürmələrindəQətərin payı 1,9% olub.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dollarıvə ya 14,3% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstəriciilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Seçilən
54
30
az.trend.az

10Mənbələr